Главная > Manset > Karantin bu tarixdə yenidən yumşaldılacaq - RƏSMİ
Karantin bu tarixdə yenidən yumşaldılacaq - RƏSMİ1-05-2020, 16:20. Разместил: azadses |
“Restoranların açılması qadağandır, yaşayış yerini tərk etmək üçün icazə qüvvədədir”. Azad Səs-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O qeyd edib ki, hazırda 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağandır: “Mayın 11-də xüsusi karantin rejimi yenidən yumşaldıla bilər. O zaman onlarla bağlı icazəyə baxıla bilər. Hazırda 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağa bütün ölkədə qüvvədədir”. Вернуться назад |