Главная > Manset > “Koronavirusun laboratoriyadan çıxdığına dair sübut var” - Tramp
“Koronavirusun laboratoriyadan çıxdığına dair sübut var” - Tramp1-05-2020, 10:20. Разместил: azadses |
ABŞ Prezidenti Donald Tramp koronavirusun Çinin Uhan şəhərindəki bir laboratoriyadan çıxdığına dair dəlillər gördüyünü, lakin hazırda detalları paylaşa bilmədiyini açıqlayıb. Azad Səs-in məlumatına görə, bu barədə Tramp Ağ Evdə keçirilən “Yaşlıların qorunması” mövzusunda paneldə gündəmə aid sualları cavablandırarkən bildirib. Jurnalistlərin “Uhan Virusologiya İnstitutunun koronavirusun qaynağı olduğuna dair etibarlı bir sübut görmüsünüz?” sualına Tramp “Bəli, görmüşəm” cavabını verib. Jurnalistlərin bu mövzuda suallara təkidlə davam etməsi ilə Tramp “Çinin bunu bilərəkdən və ya səhvən etməsindən asılı olmayaraq, araşdırmaçılarımız bunun üzərində işləyirlər. Hazırda bu barədə sizə daha çox məlumat verə bilmərəm”,- deyə bildirib. Вернуться назад |