Главная > Manset > Azərbaycanda Baş prokuror dəyişə bilər

Azərbaycanda Baş prokuror dəyişə bilər


29-04-2020, 18:45. Разместил: azadses

“Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ Milli Məclisə daxil olub.
Bu barədə Oxu.Az-a parlamentdəki mənbə bildirib.
Prezident İlham Əliyevin təqdimatına əsasən, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
Qeyd edək ki, Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti aprelin 28-də bitib.
“Prokurorluq haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının Baş prokurorunun səlahiyyət müddəti beş ildir.
Məlumat üçün bildirək ki, Zakir Qaralov 2000-ci ilin 25 aprel tarixindən Baş prokuror vəzifəsində işləyir.


Вернуться назад