Главная > Manset > Koronavirus olan azərbaycanlı ər-arvad öldü

Koronavirus olan azərbaycanlı ər-arvad öldü


24-04-2020, 10:56. Разместил: azadses
Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlı ər-arvad koronavirusdan ölüb. Azadsəs-in məlumatına görə, bu barədə müğənni Rəqsanə İsmayılova "lent.az"ın canlı yayımında deyib.
İfaçı bildirib ki, koronavirusa yoluxan gənc ailə vəfat edib. Beləliklə də, 3 və 5 yaşlı uşaqları valideynsiz qalıb. Hazırda azyaşlılar karantin altındadır. Onlara bir tibb bacısı nəzarət edir.
Sərhədlər bağlı olduğundan mərhumların yaxınları Rusiyaya gedə bilmir.
Вернуться назад