Главная > Manset > Dövlət qulluqçusu karantinə görə işdən qovuldu

Dövlət qulluqçusu karantinə görə işdən qovuldu


23-04-2020, 14:24. Разместил: azadses
Vətəndaşların dövlət orqanlarına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət edib
Nazirlər Kabineti (NK) Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi Rəşad Yaqub oğlu Rüstəmov işdən çıxarılıb.
Azadsəs-in məlumatına görə, bu barədə NK məlumat yayıb. 
Məlumata görə, ölkə ərazisində koronavirus infeksiyasının (COVID -19) yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimində vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət etdiyi, həmçinin vətəndaşlarla ünsiyyət zamanı mədəni davranış və peşəkarlıq tələblərini pozduğu üçün “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarının tələblərinə əsasən onun işinə son verilib. 


Вернуться назад