Главная > Manset > Azərbaycanda karantin yenidən sərtləşdirilə bilər
Azərbaycanda karantin yenidən sərtləşdirilə bilər20-04-2020, 09:09. Разместил: azadses |
Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu həftə ərzində Azərbaycanda uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyil. Bu barədə Nazirlər Kabinetinin karantin rejiminin mayın 4-dək uzadılması barədə qərarında deyilir. Qərarda həmçinin qeyd edilir ki, COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür. Xatırladaq ki, xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrdə tədris, təlim tərbiyə prosesinin dayandırılması 4 may 2020-ci il saat 00:00-dək uzadılıb. Вернуться назад |