Главная > Manset > Milli Qəhrəman Çingiz Mustafayevin yubileyi münasibətilə müsabiqə elan edildi
Milli Qəhrəman Çingiz Mustafayevin yubileyi münasibətilə müsabiqə elan edildi18-04-2020, 08:42. Разместил: azadses |
![]() Azad Səsə Fonddan verilən məlumata görə, mükafatlar aşağıdakı kimi olacaq: I yer (1 nəfər) – Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə xüsusi olaraq buraxılmış və qalibin adl həkk olunmuş VMF saatı və fotokamera II yer (1 nəfər) – Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə xüsusi olaraq buraxılmış buraxılmış və qalibin adl həkk olunmuş VMF saatı və “Caran d’Ache qələmi III yer (1 nəfər) – Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə xüsusi olaraq buraxılmış buraxılmış və qalibin adl həkk olunmuş VMF saatı və əksi olan ZİPPO alışqanı Həvəsləndirici mükafat (3 yer) - Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə xüsusi olaraq buraxılmış ZİPPO alışqanı Müsabiqəyə təqdim olunmuş yazılarda aşağıdakı amillərə üstünlük veriləcək: • Materialların nəzərdə tutulan mövzunu dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti. • Müsabiqəyə 2020-ci il aprel ayının 30-dan may ayının 30-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. • Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur; • Yazılarda işarə məhdudiyyəti yoxdur. • Yazıda “Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "Hərb tariximiz" mövzusunda elan etdiyi yazı müsabiqəsinə təqdim olunur" qeydi olmalıdır. Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərt deyil. Müsabiqə üçün yazılar aşağıdakı e-mailə göndərilməlidir: [email protected] Təqdimat məktubunda aşağıdakı məlumatlar yer almalıdır: • yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev və ya iş telefonu, mobil telefonu, e-mail ünvanı; • yazı təqdim edən şəxsin fotosu; • müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə); • yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link. Müsabiqənin nəticələrinin təqdimatı iyunun 15-də, Milli Qəhrəman Çingiz Mustafayevin anım günü keçiriləcək. Əlaqə telefonu: (012) 345 45 08 (051) 206 42 70 Вернуться назад |