Главная > Manset > Bakıda iki bacı dəm qazından boğularaq öldü

Bakıda iki bacı dəm qazından boğularaq öldü


15-04-2020, 09:20. Разместил: azadses
Bakıda iki bacı dəm qazından boğularaq ölüb.
Azadsəs-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə Prospektində yerləşən 34 nömrəli binanın 4 nömrəli mənzilində qeydə alınıb.
Həmin mənzildə kirayə yaşayan 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və onun bacısı, 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərlənərək ölüblər.
Araşdırmalar zamanı məlum olub ki, bacılar Qax rayonundan gələrək, Bakıda yerləşən şirkətlərin birində reklam agenti işləyiblər.
Faktla bağlı araşdırma aparılır.


Вернуться назад