Главная > Manset > BDU-da oxuyan məşhur türk siyasətçi koronavirusdan öldü

BDU-da oxuyan məşhur türk siyasətçi koronavirusdan öldü


14-04-2020, 10:44. Разместил: azadses
Heydər Başın 8 ailə üzvündə də COVİD-19 aşkar edilib
Türkiyəli siyasətçi, Müstəqil Türkiyə Partiyasının sədri Heydər Baş koronavirusdan həyatını itirib. 
73 yaşlı H.Baş təqribən 1 həftə öncə səhhətində problem yarandığı üçün Trabzonda xəstəxanaya yerləşdirilmişdi. Burada onun COVİD-19 testi pozitiv çıxıb. H.Başın ailəsinin 8 üzvündə koronavirus aşkar edilmişdi.
Siyasətçinin vəziyyətinin yaxşıya doğru getdiyi açıqlanmışdı. Lakin bu gün səhər onun dünyansını dəyişdiyi açıqlanıb. 
Xatırladaq ki, Trabzonda doğulan siyasətçi magistr və doktorluğunu "Veda Hutbesinde İnsan Hakları" mövzusunda disertasiyası ilə Bakı Dövlət Universitetində tamamlayıb. Akademik çalışmalarına eyni universitetdə davam eden Heydər Baş "İslam və Mövlanə", "Təsəvvüf Tarixi", "Din Sosialogiyası" və "Din Psixologiyası" mövzularındaki araşdırmalar aparıb.




Вернуться назад