Главная > Manset > Türkiyə səfirliyi Ermənistana yardımla bağlı iddialara cavab verdi
Türkiyə səfirliyi Ermənistana yardımla bağlı iddialara cavab verdi13-04-2020, 14:03. Разместил: azadses |
Bu informasiyalar həqiqəti əks etdirmir Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana humanitar yardım göndərdiyi barədə məlumatlara münasibət bildirib. Azadsəs-in məlumatına görə, diplomatik nümayəndəlikdən bildirilib ki, bu informasiyalar həqiqəti əks etdirmir. “Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bunun xaricində hər hansısa yardım göstərilməyib”, səfirlikdən qeyd olunub. Вернуться назад |