Главная > Manset > Azərbaycanda sərxoş halda xidmətə çıxan polis işdən qovuldu - VİDEO

Azərbaycanda sərxoş halda xidmətə çıxan polis işdən qovuldu - VİDEO


7-04-2020, 15:01. Разместил: azadses
Polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb
Daxili İşlər Nazirliyi Qusarda içkili vəziyyətdə xidmət aparan polislə bağlı məsələyə münasibət bildirib.
İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin polis nəfəri, polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb:
“O, xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub”.
Qeyd edək ki, sosial şəbəkələrdə Qusarda polis əməkdaşının sərxoş vəziyyətdə xidmət aparması barədə görüntülər yayılıb.
Həmin videonu təqdim edirik:




Вернуться назад