Главная > Manset > İbrahim Məmmədov: “Xüsusi icazəsi olan şəxs avtomobilindən istifadə edə bilər, amma...”

İbrahim Məmmədov: “Xüsusi icazəsi olan şəxs avtomobilindən istifadə edə bilər, amma...”


3-04-2020, 21:58. Разместил: azadses
“Küçəyə çıxmaq üçün icazəsi olan şəxsin ehtiyacı varsa, avtomobilindən sərbəst şəkildə istifadə edə bilər. Şəxsin avtomobili üçün əlavə icazəyə ehtiyac yoxdur”. 
Azadsəs-ın məlumatına görə, bunu Real TV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, həmin şəxs avtomobildə sərnişin daşıya bilməz:
“Avtomobildə olan şəxsin də icazəsi olmalıdır. Küçəyə çıxmağa icazəsi olmayan şəxs xüsusi karantin rejimini pozmuş sayır. Onlar haqqında tədbir görüləcək”.
Вернуться назад