Главная > Manset > İbrahim Məmmədov: “İşə getmək icazəsi olanların digər hallar üçün SMS-ə ehtiyacları yoxdur”
İbrahim Məmmədov: “İşə getmək icazəsi olanların digər hallar üçün SMS-ə ehtiyacları yoxdur”3-04-2020, 21:37. Разместил: azadses |
"Nazirlər Kabineti tərəfindən işə getmək icazəsi olan qurum əməkdaşları mağazaya, aptekə gedən zaman icazə üçün SMS lazım deyil”. Azadsəs-in məlumatına görə, bunu Real TV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, həmin qurumun əməkdaşları fasiləsiz işləyirlər: “İcazə almamalıdırlar. Xüsusi karantin rejimini tənzimləyən 124 nömrəli qərara görə, onlar 24 saat sərbəstdirlər. Yəni onların zəruri ehtiyacları üçün SMS-lə icazəyə ehtiyacı yoxdur”. Вернуться назад |