Главная > Manset > Operativ qərargah üzvü: “Yoluxanların sayı artsa, evdə müalicəyə keçə bilərik”

Operativ qərargah üzvü: “Yoluxanların sayı artsa, evdə müalicəyə keçə bilərik”


2-04-2020, 12:36. Разместил: azadses
“Əgər insanlar karantin rejiminə əməl edərsə, iki həftə sonra müsbət nəticələr almaq olar”.
Azadsəs-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, vətəndaşlar qaydalara riayət etmir:
“Nə qədər ki, insanlar qaydalara əməl etməyəcək, biz də riyazi hesablamalara gedə bilmərik”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva brifinqdə çıxışı zamanı deyib ki, əgər ölkədə koronavirus xəstələrinin sayında ciddi artım olsa, pasiyentlər beynəlxalq təcrübəyə əsasən ev şəraitində müalicə oluna bilər:
“İstər Bakıda, istərsə də bölgələrdə karantin müəssisələri var. Eyni zamanda, yeni açılan klinika da koronavirus xəstələrinin yerləşdirilməsi üçün gözəl imkandır”.
Вернуться назад