Главная > Manset > Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat


19-02-2021, 14:12. Разместил: azadses
Daxili İşlər orqanlarında növbəti kadr islahatı olub.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru, polis leytenantı Vüsal Həsənov vəzifəsindən azad olunub.

O, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Əlahiddə Yol Patrul Xidməti Bölüyünə komandir təyin edilib.

Вернуться назад