Главная > Manset > Koronavirusdan bu ədviyyatlarla qorunun

Koronavirusdan bu ədviyyatlarla qorunun


27-03-2020, 12:07. Разместил: azadses
Mikrobları orqanizmdən uzaqlaşdıran məhsullar
Koronavirus böhranından sonra bir çoxları immun sisteminin sağlamlığının nə dərəcədə önəmli olduğunu daha yaxşı anlamağa başlayıb. Güclü immunitete orqanizmimizə mikrobların daxil olmasının qarşısını alır, xəstəliklərdən bizi qoruyur.
İmmun sistemini qorumaq üçün sağlam qida, idman əsas şərtdir. Bunun üçün də gündəlik rasionunuzdan bir necə ədviyyatı da indiki dövrdə əksik etməməyiniz tövsiyyə edilir. Onlar hansılardır? 
Zəncəfil 
Soyuqdəymə, qrip kimi xəstəliklərin qarşısının alınmasında rolu danılmazdır. Antioksidant tərkibli zəncəfil immun sisteminin ən yaxın dostdur. 
Sarı kök 
Sərbəst radikallar hüceyrələri zədələyə bilər. sarı kökün tərkibindəki kurkumin maddəsi yüksək antioksidantla bu zərərli molekulları məhv edir. 
Mixək 
Eugonel adlı maddə ilə zəngindir. Boğaz ağrılarının müalicəsində geniş istifadə edilir. Eyni zamanda qaraciyəri zərəli təsirlərdən müdafiə edir. 
Çörəkotu 
Aparılan araşdırmalar çörəkotu yağının bədəni toksik maddələrdən təmizlədiyini üzə çıxarıb. Bu yağ hüceyrələrin zərərini minumuma endirir, onların sağlam inkişafına kömək edir.  Hətta xərçənglə belə mübarizə aparır. 
Darçın 
Mikrobların yaranamasını, onların bədəndə yayılmasını yavaşlatır. Eyni zamanda yüksək miqdarda antioksidant tərkiblidir. Bununla da sərbəst radikalları bədəndən uzaqlaşdırır. 
Boğazı dizenfeksiya etmək üçün çay 
5-6 ədəd mixək
1 çay qaşığı zəncəfil
1 limon suyu
1 desert qaşığı bal 

Öncə mixəkləri qaynar suda dəmləyin. Sonra zəncəfili əlavə edin və bir neçə dəqiqə gözləyin. Üzərinə bir az otaq temperaturunda olan su əlavə edin. Bundan sonra bal və limonun suyunu qarışdırın. 
Balın zərərli hala gəlməməsi və limonun C vitaminini itirməməsi üçün onları qaynar suya əlavə etməyin. 
İmmun sistemini gücləndirən məcun
1 yemək qaşığı bal
1 çay qaşığı qara istiot 
1 çay qaşığı darçın 
1 desert qaşığı üyüdülmüş çörək otu

Bütün məhsulları üyüdərək qarışdırın. 




Вернуться назад