Главная > Manset > SON DƏQİQƏ: Azərbaycan qırıcıları havaya qaldırıldı - NƏ BAŞ VERİR? / VİDEO

SON DƏQİQƏ: Azərbaycan qırıcıları havaya qaldırıldı - NƏ BAŞ VERİR? / VİDEO


18-02-2021, 12:22. Разместил: azadses
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim uçuşları keçirir.

Müdafiə Nazirliyindən ''Azad Səs''-ə verilən məlumata görə, hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri gündüz və gecə vaxtlarında ilk praktiki uçuşları icra edir.

Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatını da həyata keçirir.

Вернуться назад