Главная > Manset > Bakıda polis karantini pozanları cərimələməyə başladı

Bakıda polis karantini pozanları cərimələməyə başladı


27-03-2020, 11:52. Разместил: azadses
Qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək
Polis Bakıda xüsusi karantin rejim qaydalarının pozulması hallarına qarşı tədbirləri davam etdirir.
Azadsəs-in "report"a istinadla verdiyi məlumata görə, polis bu gündən xüsusi karantin rejim qaydalarını pozanları cərimələməyə başlayıb.
Belə ki, rejim qaydalarına əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.
Xatırladaq ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 24-dən ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Qaydalara əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub.
Вернуться назад