Главная > Manset > Nazir sabiq DYP rəisini işdən çıxardı
Nazir sabiq DYP rəisini işdən çıxardı11-02-2021, 14:30. Разместил: azadses |
Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub. ''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin İnzibati Təcrübə üzrə Baş inspektoru, polis polkovnik-eytenantı Tofiq Quliyev işdən çıxarılaraq, sərəncama götürülüb. Qeyd edək ki, T.Quliyev bundan öncə Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi olub. O, rayon ərazisində dayanma-durma, parklanma qaydalarının tez-tez pozulması, bunun nəticəsində isə yollarda tıxac yaranmasına görə, vəzifəsindən azad olunmuşdu. Вернуться назад |