Главная > Manset > Prezident Tovuza getdi - ASAN Həyat açıldı YENİLƏNİB II

Prezident Tovuza getdi - ASAN Həyat açıldı YENİLƏNİB II


4-03-2020, 13:48. Разместил: azadses
Köməkçiləri dövlət başçısına məlumat veriblər
lham Əliyev  Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına məlumat veriblər.
Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub.
Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.


Saat 14:05
Dövlət başçısının Tovuz səfəri davam edir. Prezident İlhamm Əliyev səfər çərcivəsində Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışını edib.  Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib, muzeydə yaradılan şəraitlə tanış olub.
Bundan sonra Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin də açılışı olub. Prezident “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə də tanış olub.


Saat 12:53
Azərbaycan prezidenti İlham Əliyev Ağstafadan sonra Tovuz rayonuna səfərə gəlib.
Dövlət başçısı Tovuz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verib.




Вернуться назад