Главная > Manset > Azərbaycana gələn yük maşınından dərmanlar tapıldı

Azərbaycana gələn yük maşınından dərmanlar tapıldı


3-02-2021, 15:05. Разместил: azadses
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib

''Azad Səs'' Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin salonunda, səsgücləndirici üçün nəzərdə tutulan yerin arxasındakı boşluqda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 1300 həb, 120 flakon dərman preparatları və 175 ədəd tibbi şam aşkar edilib.


Вернуться назад