Главная > Manset > Şuşa və Hadrutun topoqrafiq xəritələri hazırlanır
Şuşa və Hadrutun topoqrafiq xəritələri hazırlanır29-01-2021, 15:35. Разместил: azadses |
“Azərbaycan ekologiya sahəsində 20-yə yaxın beynəlxalq komissiyanın üzvüdür. Azərbaycanın meşə sərvətlərinin 34 faizi işğaldan azad olunmuş ərazilərdə olub”. “Azad Səs” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin qiymətləndirilməsi üçün səyyari laboratoriyalar quraşdırılıb: “Həmin laboratoriyalar ən müasir avadanlıqlarla təmin edilib. Artıq Şuşa və Hadrut qəsəbəsində topoqrafiq xəritələrin hazırlanmasına başlanılıb". Report Вернуться назад |