Главная > Manset > BSU-nun şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqını mənimsəyib
BSU-nun şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqını mənimsəyib28-01-2021, 14:08. Разместил: azadses |
Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi 1 000-7 000 min manat pulunu mənimsəyib. Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb. Hüquq-mühafizə orqanlarından “Report”a fakt təsdiqlənib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır. BSU-dan isə "Report"a bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək. Вернуться назад |