Главная > Manset > Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarıldığını TƏSDİQLƏDİ

Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarıldığını TƏSDİQLƏDİ


28-01-2021, 12:48. Разместил: azadses
Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən bununla bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil.
 
Qeyd edək ki, general-polkovnik N. Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi idi.
 
Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb. 

Вернуться назад