Главная > Manset > Hikmət Hacıyev: "Türkiyə ilə media və diaspor sahəsində birgə görəcəyimiz işlər var"
Hikmət Hacıyev: "Türkiyə ilə media və diaspor sahəsində birgə görəcəyimiz işlər var"27-01-2021, 14:50. Разместил: azadses |
“Türkiyə Cənubi Qafqazda gedəcək proseslərdə və regionumuzda hələ də kövrək olan sülhün davamlı sülhə köçürülməsi prosesində aktiv şəkildə iştirak edəcək”. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin birgə işbirliyi Gürcüstanın inkişafına çox böyük töhfələr verib: “Qardaş gürcü xalqı da bunu çox böyük qiymətləndirir. Hesab edirəm ki, bizim Türkiyə ilə media və diaspor sahəsində birgə görəcəyimiz işlər var. Qarşıdan gələn dövrlər ərzində də biz bu sahələrlə bağlı fəaliyyətimizi artırmalıyıq”. Вернуться назад |