Главная > Manset > Şuşada 100 metrlik televiziya qülləsi tikilə bilər

Şuşada 100 metrlik televiziya qülləsi tikilə bilər


21-01-2021, 10:59. Разместил: azadses
Azərbaycanlı sahibkarlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və aidiyyəti digər strukturlara Şuşada televiziya qülləsi tikmək üçün müraciət edib.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu iş adamı - “Qartal” tikinti şirkətinin rəhbəri Şahin Məmmədov deyib.

Onun sözlərinə görə, tikiləcək qüllənin hündürlüyü 100 metr olması planlaşdırılır. Sahibkar hökumətin razılıq verəcəyi təqdirdə işə başlamağı düşünür.

Вернуться назад