Главная > Manset > Peyvənd olunan Oqtay Şirəliyev: "Vaksin kifayət qədər təhlükəsizdir"

Peyvənd olunan Oqtay Şirəliyev: "Vaksin kifayət qədər təhlükəsizdir"


18-01-2021, 11:06. Разместил: azadses
"Ölkə rəhbərliyinin səyi nəticəsində Azərbaycan ən zəngin ölkələr siyahısına daxil olaraq vaksinasiyaya başlayıb".

''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bunu bu gün koronavirus əleyhinə peyvənd olunan səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Onun sözlərinə görə, əksər ölkələrdə vaksinasiya ilin sonunda başlayacaq: "Amma Azərbaycan bütün şirkətlərlə əlaqələr qurub. Vaksin kifayət qədər təhlükəsizdir. Bu vaxta kimi heç bir fəsad aşkar edilməyib. Vətəndaşlarımızı vaksinasiyaya qoşulmağa dəvət edirik".


Вернуться назад