Главная > Manset > Bakıdan Tehrana geniş tərkibli nümayəndə heyəti gedir

Bakıdan Tehrana geniş tərkibli nümayəndə heyəti gedir


17-01-2021, 16:06. Разместил: azadses
Sabah Bakıdan iqtisadi məsələlər üzrə geniş tərkibli nümayəndə heyəti Tehrana səfər edəcək.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter" hesabında qeyd edib. O bildirib ki, nümayəndə heyəti Azərbaycan və İran arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 14-cü iclasında iştirak edəcək.
 
Səfirin sözlərinə görə, nəqliyyat, enerji, sənaye, ticarət, rabitə, yeni texnologiyalar, səhiyyə, kənd təsərrüfatı turizmi, bank işi, sığorta və s. sahədə əməkdaşlıq müzakirə olunacaq.

Вернуться назад