Главная > Manset > Nazirlikdən Zəfər muzeyinin yerləşəcəyi məkanla bağlı AÇIQLAMA

Nazirlikdən Zəfər muzeyinin yerləşəcəyi məkanla bağlı AÇIQLAMA


16-01-2021, 12:31. Разместил: azadses
Mədəniyyət Nazirliyi Zəfər muzeyi və memorial kompleksinin yerləşəcəyi məkanın müəyyən olunması və bununla bağlı qərarın verilməsi barədə məlumatlara aydınlıq gətirib.
Bu barədə ''Azad Səs''-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Zəfər muzeyinin yaradılması ilə bağlı bir sıra təkliflər hazırlanıb.
“Hazırda Zəfər muzeyinin yeri ilə bağlı müzakirələr davam etdiyindən muzeyin yerləşəcəyi məkan dəqiq müəyyənləşdirilməyib”, - qurumdan qeyd edilib.


Вернуться назад