Главная > Manset > Bu halda DİN-dən icazə almalısınız

Bu halda DİN-dən icazə almalısınız


16-01-2021, 11:51. Разместил: azadses
5 şəhər və 12 rayonda yaxın qohumun dəfnində iştirak üçün hərəkət qaydası açıqlanıb.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.
 
Qərara əsasən, yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hər bir şəxs Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət edə bilər.

Вернуться назад