Главная > Manset > “8 Noyabr” metrostansiyası nə zaman açılacaq? - AÇIQLAMA

“8 Noyabr” metrostansiyası nə zaman açılacaq? - AÇIQLAMA


16-01-2021, 09:28. Разместил: azadses
“8 Noyabr” stansiyasında infrastruktur baxımından tamamlanma işləri görülür”
Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq deyib.
O bildirib ki, stansiyasının açılışı ilə bağlı hələ ki, dəqiq tarix müəyyən olunmayıb:
“Stansiyanın açılışı ilə bağlı dəqiq tarix bəlli olanda bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə həmin stansiyanın yanvarın sonunda açılacağı ilə bağlı iddialar yayılıb.

Вернуться назад