Главная > Manset > Ötən il 8 prokurorluq işçisi vəzifədən azad edilib

Ötən il 8 prokurorluq işçisi vəzifədən azad edilib


8-01-2021, 12:32. Разместил: azadses
Xəbər verildiyi kimi, yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edib.

Bildirilib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilib.Report

Вернуться назад