Главная > Manset > Erməni təcavüzündən ziyan çəkən şəxslərə maddi yardım göstərilməsinə başlanılıb
Erməni təcavüzündən ziyan çəkən şəxslərə maddi yardım göstərilməsinə başlanılıb5-01-2021, 12:44. Разместил: azadses |
Sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 06 noyabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixli Sərəncamlarının icrası prosesi yeni mərhələyə daxil olub. Bu barədə "Azad Səs"-ə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, artıq Prezidentin ziyan dəymiş vətəndaşlara ilkin maddi yardım verilməsi haqda 14 dekabr 2020-ci il tarixli Sərəncamının icrasına başlanılıb. Вернуться назад |