Главная > Manset > Əmlakla bağlı tariflər DƏYİŞDİRİLDİ - Yanvarın 5-dən... - VİDEO

Əmlakla bağlı tariflər DƏYİŞDİRİLDİ - Yanvarın 5-dən... - VİDEO


5-01-2021, 11:06. Разместил: azadses
Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında yanacaqla bərabər, digər sahələr üzrə tariflərə də yenidən baxılıb.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, əmlak barədə məlumatların reyestrə daxil edilməsi və əlaqədar xidmətləri üzrə tariflərə baxılması barədə müraciəti müzakirə edilib.
Bu xidmətlər üzrə tariflərin 2009-cu ildə təsdiq olunduğu və tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitin keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi üçün avadanlıqların alınmasına, işçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə sərf ediləcəyi nəzərə alınaraq, yeni tariflər təsdiq olunub.
Yeni tariflər 5 yanvar 2021-ci il tarixindən tətbiq ediləcəkdir.
Qərarla BURADAN tanış ola bilərsiniz.


Вернуться назад