Главная > Manset > Dövlət başçısı Mikayıl Cabbarova yeni vəzifə verdi - SƏRƏNCAM
Dövlət başçısı Mikayıl Cabbarova yeni vəzifə verdi - SƏRƏNCAM4-01-2021, 14:18. Разместил: azadses |
Prezident İlham Əliyev "Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, sərəncama əsasən, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti. Вернуться назад |