Главная > Manset > Mehriban Əliyeva rekord vuran idmançıları belə təbrik etdi

Mehriban Əliyeva rekord vuran idmançıları belə təbrik etdi


13-02-2020, 13:13. Разместил: azadses
"İdman sahəsində növbəti böyük uğurumuz!"
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında 2 qızıl və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə milli komandamızın üzvlərini rəsmi “Instagram” səhifəsində təbrik edib.
Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir: “İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb.
Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram”.




Вернуться назад