Главная > Manset > Milli Məclis yaşayış minimumunun 196 manata qədər artırılmasını I oxunuşda qəbul edib
Milli Məclis yaşayış minimumunun 196 manata qədər artırılmasını I oxunuşda qəbul edib25-12-2020, 16:27. Разместил: azadses |
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. “Azad Səs” xəbər verir ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində müəyyən edilib. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.Report Вернуться назад |