Главная > Manset > SON DƏQİQƏ: hərbi qulluqçular BU TARİXDƏ TƏRXİS EDİLƏCƏK - Prezident imzaladı
SON DƏQİQƏ: hərbi qulluqçular BU TARİXDƏ TƏRXİS EDİLƏCƏK - Prezident imzaladı25-12-2020, 10:29. Разместил: azadses |
Prezident İlham Əliyev “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncam imzalayıb. ''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər. Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandırmalıdır. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Вернуться назад |