Главная > Manset > MSK-dan seçki açıqlaması
MSK-dan seçki açıqlaması11-02-2020, 09:47. Разместил: azadses |
"Araşdırma işləri aparılır" Sosial şəbəkələrdə paylaşılan materiallara hüquqi qiymət verilməsi üçün üzərində araşdırma işləri aparılır. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov deyib. Onun sözlərinə görə, materiallara MSK-nın iclasında baxılması üçün hazırlıq işləri görülür: “Çalışacağıq ki, həmin materiallar üzərində araşdırma işlərini bu gün axşam və ya sabah yekunlaşdıraq". MSK üzvü bildirib ki, seçkilərlə bağlı sosial şəbəkələrdə 300-ə yaxın videopaylaşım var: “Onlar ümumilikdə 50-60 seçki məntəqəsini əhatə edir”. Komissiyanın sədr müavini Rövzət Qasımov isə bildirib ki, Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına hələlik rəsmi şikayət daxil olmayıb. Onun sözlərinə görə, rəsmi şikayət daxil olmasa da, hər hansı hal olan zaman MSK toplanacaq və öz fikrini bildirəcək. Вернуться назад |