Главная > Manset > Gəncədən uçan təyyarə məcburi eniş etməli oldu

Gəncədən uçan təyyarə məcburi eniş etməli oldu


10-02-2020, 12:36. Разместил: azadses
Enişə səbəb sərnişinlərdən birinin vəziyyətinin pisləşməsi olub
Gəncədən Moskvaya uçan təyyarə məcburi eniş etməli olub. İStiPress-in məlumatına görə, hava gəmisi "Buta Airways"a məsus olub.
Şirkətdən verilən məlumata görə, sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş edib. 
"Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir".




Вернуться назад