Главная > Manset > Ermənilərin başından vurduğu qazimiz vəfat etdi FOTO

Ermənilərin başından vurduğu qazimiz vəfat etdi FOTO


10-02-2020, 12:34. Разместил: azadses
Qoşqar Hacıyev 5 il öncə düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən yaralanmışdı
2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanan hərbçi Qoşqar Hacıyev vəfat edib.Bu batrədə onun yaxınları məlumat veriblər. Hərbçi Bakıdakı hospitallardan birində keçinib. 
Qeyd edək ki, Q.Hacıyev 1986-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edib. 
2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında müalicə həyata keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Q.Hacıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Onun medalı 2019-cu ildə ailəsinə təqdim edilmişdi.





Вернуться назад