Главная > Manset > Azərbaycanın keçmiş XİN başçısı vəfat etdi
Azərbaycanın keçmiş XİN başçısı vəfat etdi29-01-2020, 10:05. Разместил: azadses |
82 yaşlı sabiq nazir İsveçrədə yaşayıb Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Qasımov vəfat edib. Bu barədə Tofiq Yaqublu məlumat verib. O bildirib ki, Tofiq Qasımov mühacirətdə dünyasını dəyişib. 81 yaşlı Tofiq Qasımov İsveçrənin Lütsern şəhərində mühacir həyatı yaşayırdı. T.Qasımlı 10 aprel 1938-ci ildə Ağstafa rayonunda olub. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir. 1987-ci ildən siyasətlə məşğuldur. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından və onun proqram və nizamnaməsinin müəlliflərindən biridir. Azərbaycan SSRİ xalq deputatı seçilmiş, Azərbaycan SSR Ali Sovetinin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak edib. May 1992-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. Вернуться назад |