Главная > Manset > Zəfər paradında Azərbaycanın döyüş təyyarələri və helikopterlərinin uçuşu keçirilib

Zəfər paradında Azərbaycanın döyüş təyyarələri və helikopterlərinin uçuşu keçirilib


10-12-2020, 14:22. Разместил: azadses
Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri və helikopterlərinin uçuşu keçirilib.
''Azad Səs'' xəbər verir ki, milli şahinlərimiz Bakı buxtası və Azadlıq meydanının üzərindən uçub, Azərbaycan və Türkiyənin bayraqlarını nümayiş etdiriblər.
Öncə “Mi-17” hərbi helikopterlər cütlüyü Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə Bakı buxtasının üzərində uçuş edib. Habelə “Mİ-35” helikopterləri müxtəlif düzülüşlərdə hərəkət edərək Azadlıq meydanının üzərindən keçib.
Daha sonra isə “MiQ-29” çoxməqsədli qırıcı təyyarələri qrupu Azadlıq meydanının üzərindən uçub. Sonda isə Azərbaycan şahinləri “SU-25” hücum təyyarələri ilə paytaxt səmasında Azərbaycanın üçrəngli bayrağının əksini yaradıblar. Qrupa “Vətən Müharibəsi Qəhrəmanı”, general-mayor Namiq İslamzadə başçılıq edib.

Вернуться назад