ATƏT-də kadr təyinatları
- 4-12-2020, 16:14
- Manset
ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, ATƏT-ə üzv dövlətlər uzun müddətdir təşkilatın boş qalan rəhbər vəzifələrinə təyinatlarla bağlı razılığa gələ biliblər.
ATƏT-in Baş katibi postuna alman diplomat Helqa Şmid seçilib.
O, Avropa İttifaqının (Aİ) xarici siyasət ofisində eyni vəzifəni tutur.
İtaliyalı Matteo Mecacci ATƏT-in seçki və insan haqları üzrə ofisinin direktoru, Maria Tereza Ribeyro ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi, Kayrat Abdrahmanov isə ATƏT-in milli azlıqlar üzrə ali komissarı seçilib.
Xatırladaq ki, üzv dövlətlər bu il ATƏT-in Baş katibi vəzifəsi də daxil olmaqla dörd əsas rolda üç illik heyət müddətini yeniləməyə razılaşa bilməmişdilər. Buna görə də həmin vəzifələr iyul ayından bəri boş idi.