Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Tvitter" hesabı açılıb. Bu barədə "Azad Səs"-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər. "Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi tvitter hesabı bu linkdədir:https://twitter.com/wwwmodgovaz", nazirlikdən bildirilib.