Bahar Muradova: Azərbaycanda qadınların iştirakçılığının artırılması istiqamətində ciddi işlər görülür
Azərbaycanda qadınların iştirakçılığının artırılması istiqamətində ciddi işlər görülür.
“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik” ili çərçivəsində keçirilən “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, bugünkü müstəqil Azərbaycan dövləti xalqın ən böyük sərvətidir:
"Azərbaycan dünyəviliyə, müasirliyə açıq ölkədir və bununla da daim fərqlənir. Azərbaycan xalqı müstəqillik arzusu yolunda daim mübarizə aparıb və buna görə hətta təzyiqlərə də məruz qalıb, ancaq yolundan dönməyib. Azərbaycan əlaqələrini beynəlxalq hüquqa həmişə əməl edərək ikitərəfli və çoxtərəfli formatda genişləndirib”.
B.Muradova bildirib ki, Azərbaycan Konstitusiyasının yaradılması və təkmilləşdirilməsi istiqamətində həm qadınlar, həm də kişilər ciddi şəkildə çalışıblar:
"Konstitusiyamız bütöv xalqın məhsuludur. Uzun illərdir Azərbaycan parlamenti müxtəlif qanunlar qəbu edib. Bu qanunlar da bizim ictimai, siyasi, iqtisadi münasibətlərimizin tənzimlənməsinə və ən başlıcası xalqımıza xidmət edir”.
Dövlət Komitəsinin sədri vurğulayıb ki, kişi və qadın bərabərliyinin bütün aspektlərində dayanıqılıq faktoru çox önəmlidir:
“Azərbaycanda xüsusilə gender bərabərliyinin təmin olunması ilə bağlı qanunun aliliyinin təmini üçün mütəmadi sorğular keçirir, müzakirələr təşkil edirik. Bu istiqamətdə inkişafın nəzərəçarpacaq dərəcədə artması üçün gender bərabərliyinin təmin olunmasına bu və ya digər şəkildə cavabdeh olan qurumların fəaliyyətində mütəmadi yeniliklər edilir. Qadın və kişi cəmiyyətdə, ailədə bərabər şəkildə iştirak etməli və töhfə verməlidir”.