Tramp öz vəkillərinə Ədliyyə Nazirliyində yüksək vəzifələr verəcək
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp cümə axşamı öz vəkili Todd Blanşı ABŞ Baş prokurorunun müavini vəzifəsinə namizəd elan edib. Bu, ABŞ Ədliyyə Nazirliyində ikinci ən mühüm vəzifədir.
“Report” xəbər verir ki, bu barədə Trampın bəyanatını onun keçid komandasının sözçüsü Karolayn Levitt yayıb.
“Məmnuniyyətlə elan edirəm ki, Todd Blanş mənim administrasiyamda Baş prokurorun müavini olacaq”, – sənəddə deyilib. Seçilmiş prezident, Blanşın ölkənin “pozulmuş ədalət sistemini təmir edə” biləcəyinə əminliyini ifadə edib.
Blanş doqquz il ərzində Nyu-Yorkun Cənub dairəsində federal prokuror kimi xidmət edib. Daha sonra “Cadwalader, Wickersham & Taft” hüquq firmasında işləməyə başlayıb. Son bir il yarım ərzində Blanş Trampın maraqlarını təmsil edir, o cümlədən keçmiş pornoaktrisa Stormi Denielsə ödənişlər zamanı “Trump Organization” şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması işində onu müdafiə edib.
Tramp ABŞ Baş prokurorunun birinci müavin köməkçisi vəzifəsinə (Ədliyyə Nazirliyində üçüncü ən mühüm vəzifə) başqa bir vəkili Emil Boveni təyin edib. Bundan əlavə, Tramp ABŞ-nin Baş solisitoru vəzifəsinə 2017-2023-cü illərdə Missuri ştatının Baş solisitoru kimi xidmət etmiş və daha sonra seçilmiş prezidentin maraqlarını Ali Məhkəmədə təmsil etmiş Din Con Saueri təklif edib. ABŞ-nin Baş solisitoru Ədliyyə Nazirliyində dördüncü ən mühüm vəzifəni tutur və hökumətin mövqeyini ABŞ Ali Məhkəməsində təmsil edir.
Daha əvvəl Tramp Baş prokuror – ABŞ ədliyyə naziri vəzifəsinə respublikaçı konqresmen Matt Getsi təklif edib. Respublikaçı Partiyasının sağ qanadını təmsil edən Gets ötən il Nümayəndələr Palatasının o zamankı spikeri, respublikaçı Kevin Makkartini vəzifədən uzaqlaşdırılması prosedurunu başladıb və nəticədə Makkarti vəzifəsindən kənarlaşdırılıb.