KIA sahibləri üçün təhlükə: Avtomobiliniz kənardan idarə edilə bilər?
Müstəqil tədqiqatçılar qrupu müxtəlif modelli milyonlarla KIA avtomobilinə nəzarətini ələ keçirə biləcək proqram zəifliyi aşkar ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə auto.ru yazır.
Məlumata görə, icazəsiz uzaqdan giriş üçün avtomobilin nömrəsini bilmək və brendin müştəri portalına daxil olmaq kifayətdir. Bundan sonra avtomobilin qapılarının kilidini açmaq, mühərriki işə salmaq və eyni zamanda sahibinin adını, o cümlədən onun bütün məlumatlarını (telefon nömrəsi, ev ünvanı və e-poçt ünvanı) öyrənmək mümkündür.
Hakerlər problem barədə istehsalçıya məlumat veriblər və o artıq aradan qaldırılıb.
Bildirilir ki, proqram boşluğu 2013-cü ildən sonra istehsal edilmiş milyonlarla
"Seltos", "Soul", "Sorento", "Sportage", "Stinger", "Telluride", "Forte", "Niro", K5, EV6 və EV9 modellərini əhatə edib.
Avto-moto