ABŞ və İordaniya liderləri Qəzza üzrə razılaşmaya nail olmaq səylərini müzakirə ediblər
ABŞ Prezidenti Cozef Bayden və İordaniya Kralı II Abdulla Qəzza sektorunda atəşkəsin yeni razılaşmasına nail olmaq üçün çoxtərəfli cəhdləri telefon vasitəsilə müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Yazılı bəyanatda qeyd olunub ki, Prezident Bayden Kral Abdullanı atəşkəs və girovların azad edilməsi üçün razılaşmaya nail olmaq, həmçinin atəşkəs dövründə fələstinlilərə humanitar yardımın çatdırılmasının miqyasının genişləndirilməsinə hazırlıq istiqamətində göstərilən səylər barədə məlumatlandırıb.
“Liderlər həmçinin İordan çayının Qərb sahilindəki vəziyyəti və Prezident Baydenin Fələstin Milli Administrasiyasının həyat qabiliyyətini gücləndirməyə yönəlmiş səylərini, islahatlar çağırışı və fələstin xalqının rifahı naminə işləmək üçün zəruri olan maliyyə vəsaitlərinin mövcudluğunu müzakirə ediblər”, – Ağ ev qeyd edib.