Deputat: Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni yüksək səviyydə icra etmək iqtidarındadır
Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni yüksək səviyydə icra etmək iqtidarındadır.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, Azərbaycanda Ordusunun gücü, peşəkarlığı ilbəil artır:
"Əldə olunan uğurların təməlində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müasir və güclü ordu quruculuğu siyasəti dayanır. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatında Azərbaycan Ordusu peşəkarlığı, şücaəti ilə tarix yazdı. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, 44 günlük Vətən müharibəsi bizim əyilməz ruhumuzu, Azərbaycan xalqının iradəsini, Azərbaycan dövlətinin gücünü göstərdi. 44 gün ərzində bir dəfə də olsun ordumuz geriyə addım atmadı, ancaq irəli gedərək tarixi qələbəyə imza atdıq. Sentyabrda keçirilmiş antiterror əməliyyatı da bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Ordumuz cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusunu tamamilə iflic vəziyyətinə saldı. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi".
Deputat qeyd edib ki, Azərbaycan Ordusunun ən böyük uğurlarından biri də beynəlxalq humanitar tələblərə uyğun davranışıdır:
"Vətən müharibəsində, istərsə də antiterror əməliyyatları zamanı mülki əhaliyə zərər verilmədi, bu istiqamətdə bütün zəruri addımlar atıldı. İstər hərbi əməliyyatların həyata keçirilməsi, istərsə də humanitar məsələlərin həlli baxımından əsl nümunə sərgiləyən Azərbaycan Ordusu real döyüş əməliyyatlarında öz sözünü demiş, özünü təsdiq etmiş ordudur. Sevindirici haldır ki, ordumuz 2020-ci ildə olduğunundan daha da güclüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qarşıdakı illərdə müəyyən etdiyi əsas vəzifələrdən biri silahlı qüvvələrimizin daha da gücləndirilməsidir. Təsadüfi deyil ki, son illər xüsusi təyinatlı qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış komando silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir".
Deputat dövlət büdcəsində ən böyük xərclərin hərbi sahəyə ayrıldığına toxunaraq Azərbaycanın çox güclü hərbi sənaye kompleksini yaratdığını, artıq bunun birinci mərhələsinin başa çatdığını deyib:
"İkinci mərhələ daha genişmiqyaslı olacaq. Təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq. Eyni zamanda bu gün Azərbaycan Ordusunda çox yüksək mənəvi ruh var. Azərbaycan Ordusu qalib ölkənin sərhədlərini, ərazi bütövlüyünü, suverenliyini şərəflə qoruyur".